Səma alov içində, ümid BAKIDIR – Müharibədən qaçan onlarla təyyarə Azərbaycana SIĞINDI!

14-06-2025, 08:34           
Səma alov içində, ümid BAKIDIR –
Xəbər verdiyimiz kimi, İran, İraq və İsrailin hava məkanında tətbiq edilən məhdudiyyətlər səbəbindən iyunun 13-də səhər saatlarında Bakıya 10-dan çox təyyarə enib.
Onların arasında Moskva, Minsk, Kazan və digər yerlərdən Dubaya uçuşlar olub. Bu reyslərdə olan sərnişinlər arasında BƏƏ-yə səfər edən erməni əsilli və erməni soyadlı vətəndaşlar da var.

Məsələ ilə bağlı, habelə hadisə baş verəndən nə qədər təyyarə qəbul etdiyimizlə əlaqədar Ajans.az AZAL-a sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq bildirilib:

“Yaxın Şərq hava məkanında tətbiq olunan məhdudiyyətlər fonunda bu gün 13 beynəlxalq aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportunu ehtiyat eniş məntəqəsi kimi seçib.

Eyni zamanda, 50-dən artıq reys marşrutunu dəyişərək məhz Azərbaycan hava məkanından keçidi üstün tutub. Hər iki proses fasiləsiz və təhlükəsizlik prinsiplərinə uyğun şəkildə həyata keçirilib. Bu da bir daha sübut edir ki, Azərbaycan infrastrukturu, koordinasiya imkanları və operativ çevikliyi ilə regionda sabit hava nəqliyyatının təminatçısıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru