Natanzdakı nüvə obyektlərində radioloji çirklənmə aşkarlanıb

14-06-2025, 08:30           
Natanzdakı nüvə obyektlərində radioloji çirklənmə aşkarlanıb
İranın Natanz şəhərində yerləşən nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib.

Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi BMT-nin təcili iclasında məlumat verib.

Qrossi BMT-də İranın rəsmi sorğusu əsasında keçirilən görüşdə çıxış edərək bildirib ki, Natanzdakı nüvə obyektlərində radiasiya səviyyəsini nəzarət altında saxlamaq mümkündür.

Qrossi vurğulayıb ki, BAEA İranda nüvə qurğularının tam təhlükəsizliyini təmin etmək və onların yalnız sülh məqsədləri üçün istifadəsini dəstəkləmək üçün ekspertlər göndərməyə hazırdır.

Onun sözlərinə görə, nüvə obyektləri heç bir şəraitdə hücum hədəfinə çevrilməməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru