Məktəbin hamam kabinəsindən milyonluq görüşlərə

26-06-2025, 16:34           
Məktəbin hamam kabinəsindən milyonluq görüşlərə
ABŞ-da yaşayan 17 yaşlı Eric Zhu pandemiya dövründə məktəbinin hamam kabinəsində qurduğu texnoloji startapla investorları cəlb edib.

Valyuta.az xəbər verir ki, o, “Aviato” adlı platformanı 14 yaşında yaradıb.

Şirkət texnoloji bazarda private market məlumatları təqdim edir: texniki heyət, daxili xərclər, vesting planları və s.

Investorlarla Zoom vasitəsilə danışıqlarını məktəbin tualet kabinəsində aparan Eric burada yaşıl ekran və ring işıqdan istifadə edib. İlk sərmayəçi "GitHub"un qurucusu Tom Preston-Werner olub. O, platformaya 50 min ABŞ dolları (təxminən 85 min manat) yatırıb. 2022-ci ildə ilkin sərmayə həcmi 1 milyon ABŞ dollarına (təxminən 1.7 milyon manat) çatıb. 2024-cü ilin iyulunda isə şirkət 2.3 milyon dollar (təxminən 3.9 milyon manat) dəyərində “seed” turunda maliyyə toplayıb. Hazırda “Aviato”nun bazar dəyəri 6.5 milyon dollar (təxminən 11 milyon manat) olaraq qiymətləndirilir.

Şirkət San-Fransiskoda fəaliyyət göstərir, 9 nəfərlik komandaya malikdir və Eric Zhu baş direktor vəzifəsini icra edir. Platformanın əsas müştəriləri arasında NEA, Republic Capital kimi tanınmış investisiya şirkətləri var. Gəlir modeli isə abunə əsaslıdır.

Eric Zhu-nun hekayəsi qeyri-adi şəraitdə belə uğur qazanmağın, əzm və texnoloji biliklə böyük sərmayəyə çıxmağın mümkün olduğunu sübut edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru