Azərbaycanlılar bu il ən çox hansı ölkələrə səfər edib?

26-06-2025, 15:38           
Azərbaycanlılar bu il ən çox hansı ölkələrə səfər edib?
Bu ilin yanvar-may aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 % azalaraq 807,6 min nəfər olub.

Dövlət Statistika Komitəsi xəbər verir ki, bunun 36,5 %-i Türkiyəyə, 16,4 %-i Rusiyaya, 11 %-i Gürcüstana, 11 %-i İrana, 25,1 %-i digər ölkələrə səfər edib, 66,8 %-ini kişilər, 33,2 %-ini qadınlar təşkil edib.

1 il əvvələ nisbətən İrana gedən Azərbaycan vətəndaşlarının sayı 27,3 faiz, Gürcüstana gedənlərin sayı 22,8 % artıb, Türkiyəyə gedənlərin sayı 6,2 %, Rusiyaya gedənlərin sayı isə 25,3 % azalıb.

Hesabat dövründə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 67,8 %-i hava, 30 %-i dəmir yolu və avtomobil, 2,2 %-i isə dəniz nəqliyyatından istifadə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru