Ölkənin pambıq ixracından gəliri 100 milyon dolları ötüb
Bu gün, 16:34
Azərbaycan bu ilin yanvar-may aylarında 103,6 milyon dollar dəyərində pambıq ixrac edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, ölkənin pambıq ixracından qazancı ötən ilin eyni dövrü ilə müqayisədə 7% azdır.
Hesabat dövründə pambıq ixracı Azərbaycanın ümumi ixracının 0,94%-ni təşkil edib.