Bu il kredit kartları ilə 4 milyard manatlıq əməliyyat aparılıb

27-06-2025, 17:14           
Bu il kredit kartları ilə 4 milyard manatlıq əməliyyat aparılıb
Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 4 milyard 143 milyon manat təşkil edib.

TEREF Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 26,2% və ya 862 milyon manat artıb.

Qeyd edək ki, hesabat dövründə kredit kartları ilə aparılan əməliyyatların 2 milyard 449 milyon manatı elektron ticarət, 910 milyon manatı POS-terminallar, 645 milyon manatı bankomatlar, 140 milyon manatı isə xaricdə aparılan əməliyyatlar vasitəsilə həyata keçirilib.

Xatırladaq ki, 2025-ci il iyun ayının 1-nə ölkədə kredit kartlarının sayı 2 milyon 117 min təşkil edib.
apa












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru