Xaricdən Azərbaycana 202 milyon manata yaxın pul köçürülüb

27-06-2025, 17:34           
Xaricdən Azərbaycana 202 milyon manata yaxın pul köçürülüb
Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 641.4 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 201.9 milyon manata bərabər olub.

Mərkəzi Bank xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 14.7% və ya 110.1 milyon manat, banklardan xaricə köçürmələr isə 8.3% və ya 18.3 milyon manat azalıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-may ayları ərzində Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 751.5 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 220.2 milyon manat təşkil edib.

APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru