Çıxarışı olmayan mənzillərlə bağlı VACİB XƏBƏR VİDEO

27-06-2025, 16:18           
Çıxarışı olmayan mənzillərlə bağlı VACİB XƏBƏR  VİDEO
Çıxarışı olmayan mənzilləri də sığortalamaq mümkündür.

TEREF "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, ekspertlərin sözlərinə görə, əksər mənzil sahiblərinin bundan xəbərləri yoxdur. Yanğın və digər hallarda isə belə daşınmaz əmlak sahibləri çıxılmaz vəziyyətdə qalırlar.

Sığorta mütəxəssisləri bildirirlər ki, daşınmaz əmlakın icbari sığortasına əsasən, çıxarışlı evlərin sahibləri sığorta üçün müraciət edirlər. Ancaq ev hələ çıxarış almamış yeni binada və ya şəxsi torpaq mülkü olan evdirsə, mənzilin həmin şəxsin olduğunu sübut edən müqavilə və ya hər hansısa aidiyyəti olan bir qurumdan alınan sənədlə sığortalamaq mümkündür.

Eskpert, həmçinin onu da bildirib ki, əgər tikili qəzalı vəziyyətdə olarsa, sökülməsi ilə bağlı qərar olarsa, bu əmlakları icbari qaydada sığortalamaq mümkün deyil. Sığorta məbləğləri həm fərdi evlər üçün, həm də yaşayış binasında yerləşən mənzillər üçün eynidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru