ABŞ Çinlə ticarət sazişi imzalayıb

27-06-2025, 16:38           
ABŞ Çinlə ticarət sazişi imzalayıb
ABŞ Çinlə yeni ticarət sazişi imzalayıb və tezliklə Hindistanla da oxşar saziş bağlamağa ümid edir.

TASS xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

"Biz Çinlə ticarət sazişi imzaladıq. Gələcəkdə böyük sövdələşmələrimiz var. Ola bilsin ki, Hindistanla əldə edəcəyimiz razılaşma olsun. Biz Hindistanı ABŞ biznesi üçün açacağıq", - prezident Ağ Evdə büdcə və vergi sahələrindəki planlarına həsr olunmuş tədbirdə çıxış edərkən deyib.

O, sazişin təfərrüatını açıqlamayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru