Vin Dizelin idarə etdiyi avtomobil satışa çıxarıldı

28-06-2025, 16:34           
Vin Dizelin idarə etdiyi avtomobil satışa çıxarıldı
"Motor Car Classic" platformasında 1967-ci ilin qeyri-adi "Pontiac GTO"su satışa çıxarılıb.

Oxu.Az xəbər verir ki, avtomobilin yürüşü 60 kilometrdən azdır.

Məsələ burasındadır ki, avtomobil məşhur aktyor Vin Dizelin baş rolu oynadığı döyüş filmlərindən biri olan "XXX" filminin çəkilişləri üçün hazırlanıb və görünür, proses başa çatdıqdan sonra maşından istifadə olunmayıb.

Avtomobil 79.9 min dollar dəyərində qiymətləndirilib.

"Pontiac" həcmi 6.55 litr olan 335 at gücünə malik səkkizsilindrli mühərriklə təchiz edilib və avtomatik transmissiya ilə işləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru