Əmək qanunvericiliyində olmayan, nəzərdə tutulmayan, qanunsuz olaraq tədbiq olunan OPTİMALLAŞDIRMA - NƏ DEMƏKDİR?

Bu gün, 15:18           
Əmək qanunvericiliyində olmayan, nəzərdə tutulmayan, qanunsuz olaraq tədbiq olunan OPTİMALLAŞDIRMA - NƏ DEMƏKDİR?
İşəgötürənlər çox hallarda bu termini əsas tutaraq qanunsuz yollarla işçilərlə bağlanan Əmək müqaviləsini ləğv edirlər.
Hər bir İşəgötürənin əsas vəzifəsi AR Əmək Məcəlləsinə və əmək qanunvericiliyinə əməl etməkdir və buna görə də məsuliyyət daşıyırlar.
Çox təəssüf ki,OPTİMALLAŞDIRMA ilə bağlı qanunsuz qərar qəbul edən işəgötürənlər barədə: onların yuxarı orqanları, əmək qanunvericiliyinənə-dövlət nəzarətini həyata keçirən Dövlət Əmək Müfəttişliyi Xidməti, nə də əmək qanunvericiliyinə - ictimai nəzarəti həyata keçirən Həmkarlar ittifaqları təşkilatı və məhkəməlır müvafiq tədbirlər görmürlər.
Halbuki Optimallaşdırılma adı altında işçinin Əmək müqaviləsinin ləğv edilməsi qanunun pozulması hesab olunur.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 310-cu maddəsinə əsasən isə: İstər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa fiziki şəxslərMəcəllə ilə və ya əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada: maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Qeyd edim ki, bu əmək münasibətləri ilə əlaqədar işçilərlə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin heç birində bu barədə norma və ya termin yoxdur.
Bu münasibətlər Əmək Məcəlləsinin 65-67- ci maddə ilə İşçilərin Attestasiyadan keçirilməsi və 70-ci maddəsinin a) və b) bəndinə əsasən tənzimlənir. Bu maddəyə əsasən Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə.
Hesab edirəm ki, işəgötürənlər Azərbaycan Respublikasının Əmək Məcəlləsidə olan bu qayda və normalardan istifadə edə bilmədiyi üçün və ya işçilərin əmək müqaviləsini ləğv etmək üçün müvafiq əsasları olmadığı üçün OPTİMALLAŞDIRMA adı ilə qanunsuz yoldan istifadə edirlər.
Bir faktı izah etməyə ehtiyac yoxdur. İşçinin əmək müqaviləsi o əsasdan ləğv olunur ki, onun tutduğu ştat Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndi ilə işçilərin sayı və ya ştatları ixtisar edildikdə əsası ilə ləğv olunması da qanun pozuntusudur. Belə ki, İşçinin ştatları qalırsa, onun əmək müqaviləsi ləğv oluna bilməz bu əsaslarla . Ona görə də işçilər bu halda məhkəməyə versələr udmaq ehtimalı da çox böyükdür.
Azer Quliyev
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.