TANAP ilə xarici bazarlara ixrac olunan qazın həcmi açıqlanıb

1-07-2025, 12:18           
TANAP ilə xarici bazarlara ixrac olunan qazın həcmi açıqlanıb
Bu ilin iyunun 1-nə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə ümumilikdə 79,92 milyard kubmetrə yaxın Azərbaycan qazı Türkiyəyə və Avropa bazarlarına daşınıb.

İndex.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir.

Bildirilib ki, 2024-cü ildə bu boru kəməri ilə 17,35 milyard kubmetr təbii qaz nəql edilib. Bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,4 % çoxdur.

Qeyd edək ki, 30 iyun 2018-ci il tarixində TANAP vasitəsilə kommersiya məqsədli təbii qazın nəqlinə start verilib.

Xatırladaq ki, 1 805 km uzunluğunda olan TANAP, “Şahdəniz-2” yatağından Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə nəql edilməsi üçün nəzərdə tutulub. Hazırda qaz kəmərinin ötürmə qabiliyyəti 16,2 milyard kubmetrdir.

TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb. TANAP Türkiyə-Gürcüstan sərhədində Ərdəhan bölgəsindən başlayaraq, 20 şəhər, 69 rayon və 604 kənddən keçir, Türkiyənin Yunanıstan ilə sərhədində – Ədirnənin İpsala qəsəbəsində sona çatır. Bu nöqtədə Avropa ölkələrinə təbii qaz nəql edən Trans-Adriatik Qaz Boru Kəmərinə birləşir.

TANAP boru kəməri konsorsiumu səhmdarlarının payları aşağıdakı kimidir: SGC (51 %), BP (12 %) v “BOTAS” (30 %) və “SOCAR Turkey Enerji A.Ş.” (%7).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru