Bu il AZAL-ın ixrac gəlirləri 7 milyon dollara yaxınlaşıb

1-07-2025, 12:38           
Bu il AZAL-ın ixrac gəlirləri 7 milyon dollara yaxınlaşıb
Bu il AZAL-ın ixrac gəlirləri 7 milyon dollara yaxınlaşıb
Bu ilin yanvar-may aylarında “Azərbaycan Hava Yolları” QSC (AZAL) 6,7 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

İndex.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun sayında qeyd edilir.

Bu, 2024-cü ilin ilk 5 ayı ilə müqayisədə 3,4 milyon ABŞ dolları və ya 2,03 dəfə çoxdur.

Xatırladaq ki, 2024-cü ilin yanvar-may aylarında AZAL-ın ixrac gəlirləri 3,3 milyon ABŞ dolları təşkil edir.

Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 % artaraq 1,4 milyard ABŞ dolları təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru