KİV: "Microsoft" ikinci ixtisar dalğasında 9 min nəfəri işdən çıxaracaq

3-07-2025, 11:44           
KİV: "Microsoft" ikinci ixtisar dalğasında 9 min nəfəri işdən çıxaracaq
“Microsoft” korporasiyası bu il ixtisarların ikinci turunda 9000 işçini ixtisar edəcək.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Şirkət sözçüsü bildirib ki, dəyişikliklər şirkəti bazarda ən yaxşı şəkildə yerləşdirmək üçün zəruridir.

Qeyd edək ki, ixtisarların ilk dalğası 2025-ci ilin mayında baş verib və ən azı 6000 işçini əhatə edib. İyun ayında daha 300 nəfər işdən çıxarılıb.

"Associated Press" nəşrinin məlumatına görə, 2024-cü ildə şirkətin təxminən 228 min işçisi var olub. Onların da təxminən 55%-i ABŞ-dən idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru