Azərbaycana qida idxal edən şirkətin xalis mənfəəti 13%-ə yaxın azalıb

10-07-2025, 16:14           
Azərbaycana qida idxal edən şirkətin xalis mənfəəti 13%-ə yaxın azalıb
"Merano-Baku” ASC 2024-cü ili 1,939 milyon manat xalis mənfəətlə başa vurub.

İndex.az səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 12,5 % azdır.

Ötən il "Merano-Baku”nun vergiyəqədərki mənfəəti 3,972 milyon manat (əvvəlki ilə nisbətən 48,3 % çox), mənfəət vergisi ödəmələri 794 min manat (43,3 % çox), gəlirdən çıxılmayan xərcləri isə 1,238 milyon manat (əvvəlki il olmayıb) təşkil edib.

Bu il yanvarın 1-nə "Merano-Baku”nun aktivləri 17,675 milyon manat olub ki, bu da illik müqayisədə 5,3 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 3,5 % artaraq 14,561 milyon manata, balans kapitalı isə 14,4 % artaraq 3,314 milyon manata çatıb.

Xatırladaq ki, “Merano-Baku” 2016-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 min manatdır. Şirkətin səhmləri 100 % Namiq Əsgərova məxsusdur. Şirkət Azərbaycanda qida məhsullarının idxalı ilə məşğuldur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru