Hərəkətin təşkilində XAOS: Sürücülər əlacsız qalıblar VİDEO

Bu gün, 15:18           
Hərəkətin təşkilində XAOS: Sürücülər əlacsız qalıblar  VİDEO
"Necə olmalıdır?" rubrikasının növbəti buraxılışı yayımlanıb.

Bu dəfə sujetdə Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsindəki nişanlanma ilə bağlı uyğunsuzluqdan bəhs olunub.

Bildirilib ki, həmin yolda düz istiqamətdə hərəkət etmək hüququ yalnız avtobuslara məxsusdur. Belə ki, yolda iki hərəkət zolağı mövcuddur və bu zolaqlarda həm avtobuslar, həm də digər nəqliyyat vasitələri hərəkət edirlər. Lakin "hərəkət qadağandır" nişanı digər avtomobilləri yalnız sağa - yuxarı istiqamətə yönləndirir.

Qeyd olunub ki, bu nişana əsasən, nəqliyyat vasitələrinin sola - Əhməd Rəcəbli küçəsinə dönməsinə icazə verilmir. Nəticədə, sürücülər sağa dönərək əlavə məsafə qət etməyə və geriyə dönməyə məcbur qalırlar.

Ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru