Vahid tarif olmadığı üçün mənzillərin qiyməti artır? - AÇIQLAMA/VİDEO
Bu gün, 17:34
Tikinti üçün plana düşən ərazilərdə vətəndaşların bir qismi kompensasiya, digərləri isə yeni tikiləcək binadan mənzil istəyir.
TEREF Xəzər TV-yə istinadən xəbər verir ki, hazırda paytaxt ərazisində mərhələli şəkildə söküntü işləri aparılır. Əmlak üzrə ekspert Firdovsi Xəlilovun sözlərinə görə, bu proses zamanı özəl tikinti şirkətləri üçün konkret bir tarif müəyyən olunmadığından, vətəndaşları müxtəlif yollarla razı salmağa çalışırlar.
Ekspertin sözlərinə görə, bu yanaşma mənzil bazarında ciddi qiymət artımına səbəb olur. Çünki həm tələb olunan yüksək məbləğlər, həm də köçməyə razılaşan vətəndaşların kirayə xərclərinin qarşılanması ümumi xərcləri artırır.
Belə halların qarşısını almaq üçün özəl tikinti şirkətləri üçün də vahid tarif mexanizminin tətbiqi vacibdir. Bu halda inşa edilən binaların maya dəyəri azalacaq və nəticə etibarilə mənzil bazarında ucuzlaşma müşahidə olunacaq.