"Zeekr" və "Lynk&Co" "Geely"nin tam nəzarətinə keçir
Bu gün, 16:08
"Geely Automobile Holding" vaxtilə özü tərəfindən yaradılmış "Zeekr" qrupunu tam nəzarətə götürərək onu törəmə müəssisəyə çevirəcək.
Oxu.Az auto.ru-ya istinadən xəbər verir ki, tərəflər yekun razılaşma imzalayıblar. Sənədə əsasən, indiyədək "Zeekr" səhmlərinin 62,8 faizinə sahib olan "Geely" qalan bütün səhmləri də alacaq. Səhmdarların səsverməsindən sonra prosesin cari ilin dördüncü rübündə başa çatacağı gözlənilir.
Qeyd edək ki, "Zeekr" qrupuna həmçinin "Lynk&Co" markası da daxildir.