Kimlər icbari tibbi sığortadan istifadə edə bilər?

14-11-2016, 21:01           

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi saytı istifadəyə verilib.
Agentlikdən Publika.az-a verilən məlumata görə, saytda İcbari Tibbi Sığorta (İTS) haqqında məlumat, bu sahədə qanunvericilik bazası, icbari sığortadan kimlərin istifadə edə biləcəyi barədə informasiya, vətəndaşları maraqlandıran suallara cavab əksini tapıb.
Saytın “Ana səhifə” bölməsində icbari tibbi sığorta barədə məlumat verilib. Belə ki, saytın istifadəçisi bu bölmədə “icbari tibbi sığorta nədir?” və ondan “kimlər istifadə edə bilər?”, “vətəndaş İTS haqqında nələri bilməlidir?”, “İTS çərçivəsində vətəndaşlar hansı xidmətləri əldə edir” suallarına cavab verilib. Hər hansı sual yaranarsa, istifadəçinin qurumla əlaqə saxlaması üçün telefon nömrələri və elektron müraciət forması yerləşdirilib.
“Vətəndaşlar üçün” nəzərdə tutulan növbəti bölmədə quruma ən çox ünvanlanan suallara cavab verilib.
“İcbari Tibbi Sığorta” bölməsində icbari tibbi sığortadan kimlərin faydalana biləcəyi, İTS çərçivəsində vətəndaşların hansı xidmətlər əldə edəcəyi, hər kəsin bilməsi vacib sayılanlar, İTS-in tətbiqinin əhalinin sağlamlıq səviyyəsinə necə təsir göstərəcəyi, onun tətbiqinin tibb işçilərinə nə verəcəyi və s. barədə ətraflı qeyd olunub.
Xatırladaq ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 15 fevral 2016-cı il tarixindən etibarən fəaliyyət göstərir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.