"Cənab Prezident kömək edin!" - Vətəndaş İlham Əliyevə şikayət etdi! FOTO
17-11-2016, 00:15
teref.az-nun poçtuna gələn bu şikayət məktubunu sizə təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Cənabları
20.06.1953-cü il təvəllüdlü, Ağcəbədi rayon, Hindarx qəsəbə
sakini İsmayılov Yavər Əli oğlundan
Çox hörmətli Cənab Prezident ,
Mən ali təhsilli müəlliməm. Halal zəhmətimlə illərdi topldaığım pulla 2016 cı ilin fevral ayında "İxtisaslaşdırılmış Vəkillər Bürosu" MMC-dən alqı satqı müqaviləsi ilə Ford Transit markalı avtomobili əvvəlcə BDYP nin Yevlax şöbəsində sonra isə Ağcəbədi RQİ və TBŞ də yoxlatdıraraq oğlumun adına rəsmləşdirişəm. Bir müddət sonra məlum olmuşdur ki, aldığım avtomobilin 5 ci alıcısıyam və ilk alıcısı bu avtomobilin sürmək üçün olan etibarnaməsini hansısa yolla baş etibarnamə ilə əvəzləyərək satıb. Avtomobilin ilk dövlət qeydiyyatı nömrəsi 99 XD 932 ilə etibarnamə ilə bir şəxsə və o bu avtomobili başqasına satdıqdan sonra sahibi onu 50 CV 758 dövlət qeydiyyatına saldırımış və daha sonra 03 AC 221 dövlət qeydiyyat nömrəsi ilə əvəzlənərək daha sonra isə mən bu avtomobili yoxlatdıraraq 04 BN 610 dövlət qeydiyyat nömrəsi ilə oğlum İsmayılov Elşən Yavər oğlunun adına rəsmləşdirmişəm Bu qədər dövlət orqanlarının əlindən keçərək hüquqşünasların əlinə keçən avtomobilin vicdanlı alıcısı olaraq ağlıma gələ bilməzdi ki, Ağcəbədi rayon Məhkəməsinin hakimi Etibar Quliyev məni illər boyu topladığım halal pulla aldığım avtomobilimin əlimdən alınmasına (iş № 2(017)-2542/2016 qətnamə) qərar verə. Qətnamədə hakim Etibar Quliyev mənim vicdanlı alıcı statusunda olduğumu görməməzliyə vuraraq avtomobilin məndən alinaraq ilk sahibinə qaytarılması qərarını verib. Hakim Etibar Quliyev nəyə görə avtomobilin sənədlərini saxtalaşdıranı və ya sənədləri dövlət qeydiyyatından keçirən dövlət qurumuna qarşı cinayyət işi açılmasını qərarını yox, sadə vətəndaşın əlindən avtomobili alınması qərarı verir ? Bu ölkədə aldanmayaraq yaşama qarantiyası yoxdurmu ?
Cənab Prezident
Sizə yazdığım saysız hesabsız məktublara cavab almadıqdan sonra açıq məktub yazaraq sizdən xahiş edirəm ki , mənim normal şərtlərlə aldığım avtomobilimin əlimdən alınmasının qarşısını almaqda mənə kömək edəsiniz
Hörmətlə , İsmayılıov Yavər Əli oğlu
teref.az