Həkim açıqlama verdi: "Məndən 15 min manat istədi"
30-11-2016, 10:32
Bir neçə gün öncə mediada Lənkəran rayonunun Şürük kəndində mama-ginekoloq kimi fəaliyyət göstərən Sevil Əhədova barədə məlumat yayılıb. Məlumatda deyilirdi ki, həkim evində qanunsuz şəkildə Ultrasəs Müayinəsi (UZİ) aparatı işlədən qızı Nuranə Axundovayla əlbir olub kəndin bələdiyyə sədrinin həyat yoldaşını və övladını şikəst qoyublar.
Bildirilirdi ki, doğuş gerçəkləşdirilərkən ananın çanağı dağılıb, uşaq isə bir neçə nahiyyəsindən ağır zədə alaraq şikəst olub, məhz buna görə də uzun müddətdir Bakıda müalicə alırlar. Hadisə barəsində Şürük bələdiyyəsinin sədri özü məlumat verib və bildirib ki, Şürük kənd xəstəxanasında doğuş qadağan olunub, həmçinin Nuranə Axundovanın evində UZİ aparatı işlətməsi üçün heç bir icazəsi yoxdur.
Bələdiyyə sədri onu da vurğulayıb ki, Sevil Əhədovanın yeznəsi, yəni qızı Nuranə Axundovanın həyat yoldaşı Kənan Axundov Lənkəranda "bazarkom" olduğuna görə bu ana-balanın cinayətlərinə aidiyyati orqanlar göz yumur. Amma qarşı tərəf bu iddiaları təkzib edərək şər-böhtan adlandırıb və Valeh Hüseynli ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəklərini deyib.
Belə ki, bu gün həkim Sevil Əhmədova səlahiyyətli nümayəndəsi mediaya açıqlama göndərib. Açıqlamada bildirilir ki, bələdiyyə sədri həkimi şantaj edir, barəsində böhtan xarakterli məlumatlar yayır.
Həmin açıqlamanı təqdim edirik:
"Bu yalan böhtan məlumatları yazan özü yalançıdır. Hətta öz yoldaşı və qızının adını hallandırmaqla bir qadından pul qopartmaq istəyən psixi problemi olan bir şəxsdir. Kənd bələdiyyəsinin sədri olsa da, kənddə hec bir hörməti yoxdur. Məlumat üçün deyim ki, yazıları yazan Valeh Hüsenlini də, onun iki övladını da bütün qohumlarının da uşaqlarını mediada şantaj etdiyi həkim dünyaya gətirib. Hansında problem olub? Əgər bu həkim yaxşı həkim deyildisə, qəssab idisə niyə ona müracıət edirdi? Lənkəranda 100-dən çox ginekoloq-mama işləyir. Çünki onun şər atdığı həkim təkcə rayonun deyil, bütün cənub zonasınınən savadlı, şöhrətli ali dərəcəli səhiyyə əlaçısı, 45 ilə yaxşı iş staşı olan bir həkimdir. Bunu bütün cənub zonası təsdiq edir. İndi də, hətta Bakıdan, Rusiyadan həmyerlilərimiz doğuşa onun yanına gəlirlər.
Valehin sözügedən uşağına həkim müalicə edib. Yeddi aylığında doğuşuna 2 ay qalmış müayinə edib. Sonra Sevil xanım məzuniyyətdə olub. Türkiyədə yaşayan oğlunun yanına gedib. Həkim olmayan müddətdə 35 həftəliyində ultrasəs aparatına müraciət edib. Ultrasəslə uşağın çəkisini təxminən 3 kq göstərib. Doğuş isə həmin vaxtdan 20 gün sonra gercəkləşib. O ultrasəs həkiminə də şər böhtan atır. Həmin həkim Lənkəran Şəhər Poliklinikasında Şüa – Diaqnostoka həkimi işləyir. Xəstənin doğuş sancıları tutanda Valeh xəstəni Şürük xəstəxanasina gətirib. Əgər Şürükdə doğuş tutmaq qadağandırsa, bələdiyyə sədri niyə ona müraciət edib? Əgər onun uşağı böyük idisə yenidən ultrasəs aparatına müraciət edəydi. Əgər həkim doğuş vaxtı cəkisini səhv desəydi, onun haqqı var idi bu sözləri deməyə. Doğuşa lap az qalmış həkim Sevil Əhədovaya zəng ediblər ki, gəl kömək et. Həkim görüb ki, artıq uşağın başı çanağa enib, ondan sonra qeysəriyyə əməliyyatı ilə doğuşu gerçəkləşdirib. Çox çətinliklə ananı və uşağı xilas edib. Uşaqda heç bir həkim səhvindən xəsarət yoxdur. Ən azından bunu sübut edən sənəd, ekspertiza rəyi yoxdur. Uşaq həmçinin qollarını da tam sərbəst hərəkət etdirir. Onu müayinə edən həkimlər də bunu təsdiq edər. Valehin Kürsüm adlı yaxın qohumunda olan problem onun uşagında da var. Anadangəlmədir. Dölün cəkisi 4.500 kq olub. 3-cü hamiləlikdə bu adi haldır. 5 kq olmayıb. Bu, böhtandır.
Onun yoldası da, qızı da tam sağlamdır. Yoldaşını gündə məhkəməyə gətirir. Bu hadisə keçən il, yəni 17.06..2015-ci ildə baş verib. O vaxtdan Valeh dəfələrlə xəbər göndərib şantaj edib ki, əgər 15 000 (on beş min) manat pul verməsən, səni məhkəməyə verəcəyəm. Həkim də səhvi olmadığını bildiyi onun təklifindən imtina edib. Deyib ki, mənim səhvim yoxdur. Valeh Hüseynlinin dedikləri şantajdır, tamamilə əsassızdır. Bu şəxs təkcə həkimə deyil hüquq-mühafizə orqanlarına da şər böhtan atır. O məhkəməyə deyir ki, mənə ancaq pul lazımdır. Əgər həkimin günahı varsa, niyə ondan pul tələb edir? O kimdir ki, başqa şəxslərin adindan danışır? Vüsalə adlı qadının doğuşu haqqında da yalan, şər sözlər yazır. O, Vüsalənin qardaşı Seymura deyib ki, gəl birlikdə yazaq, həkim Sevil Əhədovadan pul qopardaq, amma Seymur razı olmayıb. Özü şəxsən bu sözləri təsdiq edir. 3 gün bundan əvvəl Sevil xanım onun körpəsini dünyaya gətirib. Vüsalə adlı qadınında körpəsi ana bətnində ölü olub. Onun 14 il körpə gözləməsi iddiası da yalandir. Beş il bundan öncə də ölü doğuşu olub. Onda genetik problem var. Bunu xəstənin bütün qohumları və valideyinidə təsdiq edir. Ona kim ixtiyar verib ki, kişiyə yaraşmayan sözlərdən istifadə edir? Hansı xəstə ayaqyolunda olub? O, ayaqyolunda hansı xəstəni görüb? Əgər görübsə, Valeh Hüseynli Lənkəran Rayon Mərkəzi Xəstəxanasında perinatal mərkəzinin ayaqyolusunda nə edirdi? O bələdiyyə sədridir, yoxsa Perinatal Mərkəzin gözətçisi? Onun bütün bu böhtanlarını məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən araşdırmalıdır. Biz onsuz da qanunla onun bu böhtanlarını sübut edəcəyik.
Onu da deyim ki, şikayətə təhrik etdiyi Vüsalənin anası Vüsalənin doğuşundan 3 gün sonra öz gəlinini də Sevil həkimin yanına doğuşa gətirib. Həkimin günahı olsaydı, Vüsalənin anası ona yenidən müraciət edərdimi? Bu sözlərin təsdiqini araşdıra bilərsiniz. O halda ki, uşağın boynunun sındığını görüblərsə, həkimə necə müraciət edirlər? Yalan və böhtanla nəyə nail olmaq istəyir bu adam. Təbii ki, elmi cəhətdn savadsız bir şəxsidir. Amma haqq-ədalət deyilən bir şey var. Hətta Səhiyyə Şöbəsinin həkiminə də şər atır? O kimdir deyir ki, 45 ilin həkimi niyə doğuşa buraxılır? Həkimin fəaliyyətini bütün Cənub zonası təsdiq edə bilər. Bu həkim perinatal mərkəzinin baş məsləhətcisidir. Bütün çətin doğuşlarda bu həkimə müracıət edirlər. Lənkəran Şəhər MRX-nın baş həkimi də Sevil Əhədovanı müdafiə etmir. Hər bir şeyin düzgünlüyünü təsdiq edir. Bu yalan bütün Lənkəran camaatının qəzəbinə səbəb olub. Necə olur ki, media məlumatı işıqlandırmazdan öncə araşdırmır. Bu adam həkimdən 15000 manat pul istəyir? Uşağının "boynu qırılan" bir şəxs də həkimdən pul tələb edib geri çəkiləcəyinimi deyər? Əlbəttə, yox. Deməli, bunun dərdi uşaq deyil, puldur. Biz bu yalan xəbrləri dərc edən media qurumları ilə bağlı da hüquq-mühafizə orqanlarına müraciət edəcəyik. Onlar da Valehin bu şantaj xəbərlərini dərc etməklə məsuliyyət daşıyırlar. Bir də biri Valeh Hüseynliyə izah etsin ki, əvvəl həkimin soyadını öyrənsin, sonra böhtan atsın. Həkimin soyadı onun iddia etdiyi kimi Əhmədova yox, Əhədovadır. Atalar yaxşı deyib ki, yalançının yaddaşı olmaz".
Yazıdakı iddilarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Arqument.Az