Kapitalbankın Bərdə filialında RƏZALƏT - Şəhid anasının başına gətirilənlər

13-01-2017, 19:55           
Kapitalbankın Bərdə filialında RƏZALƏT - Şəhid anasının başına gətirilənlər
Hərdən mənə elə gəlir ki, bolluca vətənpərvərlikdən danışıb, yoxa çıxan bizlər də həmən danışdığımızdan az əlamət görünür. Yəni vətənpərvər olanlarımız elə də çox deyil. Getdikcə də bu say azalır. Bir az keçəndən sonra bizim vətənpərvərliyimizdən ümumiyyətlə, heç nə qalmayacaq. Ümumiyyətlə, vətənpərvərliyi necə başa düşürük.Vətənpərvərlik tək hərbi xidmətə münasibətləmi ölçülür? Əsgər olub vətəni qorumaqdırmı, vətənpərvərlik?

Fikrimcə vətənpərvərlik tək bu demək deyil. Vətənpərvərlik həm də hər kəsin olduğu yerdə vəzifəsinə məsuliyyətlə yanaşması deməkdir. Məktəb direktoru uşağa keçiləsi dərsi əlqap edib, tanışının adına saat yazıb bir kəsəyən kimi xırtıldadıb yeyirsə, o dərsi keçmirsə, o uşağın gələcəyinə zərbə vurursa, o uşağın gələcəyi də vətənin gələcəyidirsə, həmən direktora biz vətənpərvər deyə bilərikmi? Ya doğum evində doğuşa hazırlaşan anadan pul almadan əməliyyata həkim qəbul eləmirsə, vətənin gələcəyini dünyaya gətirən anadan pul alan həkim vətənpərvər ola bilərmi? Bütün sahələrdə misallarımızı genişləndirə bilərik.
Fəqət, Kapitalbankın bir filialından aldığımız təəssüratda bir daha hansı yerimizin zəif, kimliyimizin kodunu anlatdı bizə sanki...

Şəhid təqaüdünün yeyilməsi

Miq.Az olaraq, Kapitalbankın Bərdə filialında şəhid anasının başına gətirilənlər barəsində hansı qanunsuzluqların törədilməsindən, hansı oyunlardan çıxıb, şəhid təqaüdünün yeyilməsindən kifayət qədər yazılıb... Sonda da məlum oldu ki, fakt üzrə olan bütün sənədlər, ödəmə cədvəlləri yoxa çıxıb. Guya ki sunami baş veribmiş. Bankı su basıbmış.

2011-ci ildə təqaüdçü Əsli Muradova banka müraciət edib kredit götürüb, iki il müddətinədə banka olan borcunu bağlayıb. Arxayınlaşıb ki, daha borcum yoxdu. Nikoyl banka müraciət edib kredit istəyəndə soruşublar ki, kreditiniz varmı? Xeyr deyə cavab verən təqaüdçü anaya bildiriblər ki, hazırda onun adına Kapitalbankda kredit var. Cavabdan sarsıntı keçirən ana azından onun bank mütəxəsisinə yalan danışmaq kimi ağbirçəyinə yaraşmayan günaha girməyin xəcalətini çəkib. Kapitlbankdan soruşanda ki, borcun ödənişi olduğu halda, kredit reysterində təqaüdçü ananın adının qalması nə ilə bağlıdı? Bankdan bunun yanlışdıq olduğunu Muradova Əsli Yaqub qızının götürdüyü krediti səhvən Muradova Əsli Həmid qızının hesabına işləndiyi bildirilib. Təqaüdçü Muradova Əsli Həmid qızına səhvin dərhal düzəlməsi və bu barədə üzülüşmə arayışı verilib. Digər borclu Muradova Əsli Yaqub qızının kredit gecikməsi olanda Kapitalbankdan Muradova Əsli Həmid qızının oğluna zəng edirlər. Ananızın kreditində gecikmə var. Deyin ödəsin. Anamın adını tam ata adı ilə deyin, zəhmət olmasa. Kapitalbankdan telefonun o başından deyəndə ki, Muradova Əsli Yaqub qızı, bildirilir ki, mənim anamın atasının adı Yaqub yox, Həmiddir. Ondan sonra zəng eliyən ünvanını səhv saldığını bilir. Görün ki, Kapitalbank hansı gündədir. Əlinin papağını Vəlinin,Vəlinin papağını Əlinin başına qoyur. Papağıdakı elə günə qoymuşuq ki, daha deyiləsi deyil...necə deyərləe uşaq-muşağın əlində oyuncağa dönüb.

Kredit şöbəsində altı masadan üçündə əməkdaş əyləşib

Miq.Az-ın əldə etdiyi məlumata görə, təqaüdçü Əsli Muradova iki il əvvəl aldığı kreditin sonuncu ayını ödəmək üçün 05.01.2016-cı il tarixdə Kapitalbankın Bərdə filialına gəlib ki, borcunu ödəyib bankla üzülüşsün. İki saat növbə gözləntisindən sonra mütəxəsis E.Quliyevə yaxınlaşanda bildirilib ki, gedin sonra gələrsiniz. Xəstə, yaşlı olduğuna görə gələ bilmədiyindən bankla üzülüşməyi ana oğluna həvalə edib.
09.01.2016-cı ildə Ə.Muradovanın oğlu Kapitalbankın Bərdə filialına gələndə birinci qaydaya uyğun növbə götürüb gözləməyə dayanıb. Lakin bankdakı əməkdaşların arxayınçılığı, astagəlliyi növbələrin axımını lal axan sulara döndərib. Kredit şöbəsində altı masadan üçündə əməkdaş əyləşib. İkisi getdi nahara, biridə ki, arxayınçılığını əldən qoymur. Sanki xidmətə dayan millət bunların vecinə deyil. Kassanın qarşısında basabas, ayaqaltında qalan kim, əzilən kim, işindən avara olan kim. Tələbə oğluna Bakıya pul köçürməsi eləmək istəyən İsrafil Paşabəyli kassadakı əməliyyatın əlçatmaz olduğunu görüb bankla pul köçürmək fikrindən vaz keçir. Pulu bankdaca sabah Bakıya gedəcək dostuna verir ki, Mustafakamal gəlib orda səndən götürər.

Üç masadan yalnız birində xidmət aparılır

Vəziyyət barədə reportaj yazılar FASEBOOK statusunda yer alır. Aradan az keçmir ki, bankda canlanma başlayır. Artıq kredit ödənişində altı masanın hamısında əməkdaş var. Əsli Muradovanın son ödəniş qəbzi də yazılır. Kassaya növbə verib yönəldirlər. Kassada da bir əməkdaşı artırıblar. Günün birinci yarısında üç masadan yalnız birində xidmət aparılırdı.

Və son təəssürat... Səhər saat 11-də xidmətə müraciət edən vətəndaşın 16:40 da xidmət alması o deməkdir ki, Kapitalbankda hər bir müştəriyə göstərilən xidmətin statistik göstəricisi altı saat təşkil edir. O da sosial şəbəkədə Kapitalbankdan gedən xəbərlərdən sonra bankçıların əl ayağa düşməsindən, "operativ"liklərini artırandan sonra.Yoxsa bu xidmətin vaxtı uzana da bilər. Ola bilər ki, bir çox müştəri həmin gün ümumiyyətlə xidmət almasın. Təəssüratın digər tərəfi də burda "dərə xəlvət tülkü bəy" prinsipiylə işləməkdir. Nə qədər ki, Bərdə bankçıları onlardan yuxarı təşkilatlarının, ya yuxarıların xəbəri yoxdur, belə bilirlər, sözün əsl mənasında nə gələni, nə gedəni veclərinə almırlar. Görünən budur ki, özlərinə nəzarət hiss edəndə işləyirlər.

Xəstənin bankda nə işi var deyən Kapitalbankçılar

Yazının əvvəlində bir vətənpərvərlik sözü gəlmişdi ağlıma.Yazının sonunda da görün ki, Kapitalbankdakı kimi bizim nə qədər "vətənpərvər"lərimiz var. Sırada dayanan təqaüdçü analar, atalar, xəstələr onlara möhtac qalıb. Biri xəstə gətirdiyini, onun tez yola salmalarını xahiş edir. Bank əməkdaşı cavan oğlan xəstənin burda nə işi var deyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.