“Brot Hous” dakı fantastik qiymətlər narazılıq yaradır - ŞİKAYƏT
16-01-2017, 10:35
Hazırda paytaxt Bakı ilə bərabər regionlarda zavod çörəyinin qiyməti 30-40 -50 qəpik arasındadır. Alman çörəklərinin Bakıdakı mağazası olan “Brot Hous” da isə qiymətlər 7-8 manata istehlakçılara təqdim olunur.
Nizami küçəsi 78 ünvanında yerləşən “Brot Haus” şirniyyat mağazası mətbuata açıqlamasında, 7 manata satılan çörəyin buğda və çovdar ununun qarışığından hazırlanır: “Mağzalardakı çörək növlərinin əksəriyyəti xüsusi bitki toxumlarının qatqısı ilə hazırlanır. Çörəyin qiymətləri çəkisinə və tərkibinə görə 5 manatdan 7 manata kimidir. Hazırlanan un məmulatlarının əksəriyyətinin tərkibi mədə və bağırsanaq xəstəlikləri olan insanlar üçün nəzərdə tutulub. Yüksək alman texnologiyası ilə hazırlanan un məmulatlarının keyfiyyətinə isə tam zəmant verilir”.
Mağazadan həmçinin dedilər ki, dünyanın bir çox ölkəsində mağazalar şəbəkəsi olan “Brot Haus”dan satılan şirniyyat və un məmulatlarının hər bir çeşidi Səhiyyə Nazirliyinin müvafiq şöbələri tərəfindən mütəmadı olaraq yoxlanılır. Satışın həyata keçirilməsi üçün onlara gigiyenik sertifikatı və şəhadətnamə verilir.
GUNXEBER.COM bildirir ki, artıq “BROT HAUS” şirniyyat məhsullarını daha baha qiymətlərlə istehlakçılara təqdim edir. Əməkdaşımzın sözlərinə görə, bu yaxınlarda xanım dostu ilə üz tutduğu “Brot Hous” da iki fincan çay, və iki ədəd xırda şirniyyata görə, 15 manat pul ödəyib. Halbuki həmin çay və şirniyyatın digər iaşə obyektlərində və şirniyyat evlərində qiyməti 3-5 manat arasındadır. Və keyfiyyətində də elə də ciddi ferqin olmadığı deyilir.