Azərbaycanda QAZPULU da üzən məzənnəyə keçə bilər

17-01-2017, 14:10           
Azərbaycanda QAZPULU da üzən məzənnəyə keçə bilər
"Manatın dollara nisbətən məzənnəsinin aşağı düşməsi səbəbindən SOCAR-ın zərəri yaranır". "APA-Economics" xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov deyib.

"Biz təbii qaza olan tələbatı 3 mənbə hesabına təmin edirdik. Bildiyiniz ki, daxili tələbat SOCAR hasilatı ilə yanaşı, Hasilatın Pay Bölgüsü sazişlərinin tərəfdaşlarından təbii qazın alınması və idxal hesabına təmin edilir", - deyə vitse-prezident bildirib.

Manatın devalvasiyasının SOCAR üçün əlavə zərər yaratdığını deyən S. Qasımov bildirib ki, ölkə daxilində təbii qaza olan tələbatı ödəmək üçün alınan qaza görə əməliyyat həyata keçirilərkən gələcəkdə hər hansı bir mexanizmin hazırlanması mümkündür: "Üzən məzənnə rejimi nəzərə alınmaqla dollarla satın alınan qaza görə ödənişin müvafiq mexanizm işlənib hazırlanması məsələsi gündəmdədir. Lakin hələlik bu məsələ ilə bağlı heç bir daşıqlar aparılmır. Təbii qazın indiki qiymətinin səmərəliliyi bizim üçün ziyanla həyata keçirilir. Əgər manatın dollara nisbətən məzənnəsi azalmaqda davam edərsə, SOCAR aidiyyatı qurumlara müraciət edəcək".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.