Vidadi İsayev məcburi köçkünün qanunu yerini əlindən almaq istəyir-ŞİKAYƏT

18-01-2017, 00:14           
Vidadi İsayev məcburi köçkünün qanunu yerini əlindən almaq istəyir-ŞİKAYƏT
Redaksiyamıza Bərdə rayonunun 588 mənzilli qəsəbədə məskunlaşmış Xocalı rayon sakini II qrup Qarabağ müharibəsi əlili Türbəndəyev Elman Yaqub oğlu tərəfindən şikayyət məktubu daxil olub.Narazı Xocalı sakini mətbuat vasitəsi ilə prezident İlham Əliyevə müraciət edir.

"Cənab prezident! nəzərinizə çatdırım ki, özüm II qrup Qarabağ əlili həyat yoldaşım isə milli münaqişə zəminində II qrup əlildir.Oğlum Türbəndəyev İntiqamın üç az yaşlı evladından ikisi “epilepsiya”(qıc olma) xəstəliyindən əziyyət çəkirlər.Bizim bu ailə vəziyyətimizi nəzərə alan Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi oğlumun iki az yaşlı xəstə uşağını müalicə etdirmək üçün sahibkarlıq məqsədi ilə oğluma yaşadığımız qəsəbənin ərazisindən 35km2 torpaq sahəsi ayırmışdır.Qaçqınkom tərəfindən bütün lazımı sənədləri alıb, layihəmi hazırlayıb tikintimi başladıqdan sonra Dövlət Qaçqınkomun Mənzil Departamentinin Bərdədəki nümayəndəsi Namik Məmmədov və Bərdə rayon İcra Hakimiyyətinin Başçısının səlahiyyətlərini icra edən Vahid Qarayev bildirir ki,Cənab başçının göstərişidir tikintini dayandır. Əyər dayandırmasan onsuzda cənab başçı buldezerə verdirəcək.

Cənab prezident! oğlum Bərdə rayon İH-ə bir neçə dəfə həmin ərazidən tarpaq verilməsi ilə bağlı müraciət etmişdir.Bərdə rayon İH-i 29.09.2015 3/621; 22.10.2015 3/775; 22.12.2016 3/1014 ; 27.12.2016 3/1014 tarixli,nömrəli məktublarında həmin ərazinin Bərdə rayon İH-nin balansından alınaraq Qaçqın və Məcburi Köçkünlərə hündür mərtəbəli binaların tikilməsi üçün Dövlət Qaçqınkomun balansına verildiyini bildirmişlər.Əyər həmin ərazi Bərdə rayon İH-nin balansında deyilsə nə üçün müdaxilə edir? Mənə aydın deyil .Dövlət Qaçqınkom isə balansında olan ərazidə tikinti aparılması üçün müvafiq sənədlər versə də Bərdə rayon İH-nə onların balansında olan torpaq sahəsinə müdaxilə etdikləri üçün öz etirazını bildirmir.Bərdə rayon İH-i isə təkidlə tikintini yerlə-yeksan edəcəyi və özümü isə Departamentin yerli nümayəndəsi Namik müəllim öldürəcəyi ilə hədələyir.

Cənab prezident! Bərdə rayon İH-nin bu cür əməlləri ilə sizin bütün müşavirələrdə məmurlara verdiyiniz iki tapşırığı kobud sürətdə pozurlar.Sizin bütün müşavirələrdə tapşırıqlarınızdan biri sahibkarlığa dəstək və yeni iş yerlərinin açılmasıdır.Aydın məsələdir ki, oğlum bu işimi başa çatdırdıqdan sonra öz ailəmizdən başqa bir neçə nəfərlikdə iş yeri açılacaq.Buna isə Bərdə rayon İH-i imkan vermir.Ancaq öz şəxsi maneyfeylərin güdürlər.

Cənab prezident! oğlum Türbəndəyev İntiqamın iki azyaşlı xəstə uşaqlarını , mənim və yoldaşımın II qrup əlilliyimizi nəzərə alıb bizə kömək etməyinizi və bu cür özbaşına məmurların qanunla cəzalandırılmasını sizdən xahiş edirəm".regionxeberleri.com/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.