AMİP- də ağır itki - Şəki şəhər təşkilatının sədri rəhmətə gedib

18-01-2017, 16:46           

Azərbaycan Milli İstiqlal Partiyasına ağır itki üz verib. Partiyanın Şəki Şəhər Təşkilatının sədri Əbülfəz Bağırov qəflətən dünyasını dəyişib. Ə.Bağırov kimi mübariz, vətənpərvər, əqidəli, xalqını və dövlətini sevən bir silahdaşımızın vəfatı hamımızı sarsıtdı və dərindən kədərləndirdi. O, ömrünün sonunadək daşıdığı ali ideyalara sadiq qalmış, Azərbaycanın müstəqilliyinə qovuşmasında, demokratik və hüquqi cəmiyyətin qurulması uğrunda aparılan mücadilələrin həmişə önündə olmuşdur.
Onun rəhbərlik etdiyi Şəki Şəhər Təşkilatı həm partiyada, həm də rayonda ən aktiv və mütəşəkkil təşkilatlardan biri olmuşdur. Ona yüksək etimad göstərilərək şəhər sakinləri bələdiyyəyə üzv seçmiş və həmişə də o, seçiciləri ilə birlikdə olmuş, bu etimadı doğrultmuşdur.
Çalışqanlığı, fədakarlığı, səmimiliyi ilə özünə böyük hörmət qazandıran Əbülfəz bəyin ən enerjili və müdriklik çağında vəfatı Azərbaycan ictimaiyyəti üçün də böyük itkidir. Bu itkinin yerini doldurmaq mümkün olmasa da, inanıram ki, onun yarımçıq qalmış arzularından olan çıçəklənən, bütöv, demokratik və firavan Azərbaycanda yaşamaq onun övladlarına və davamçılarına, qismət olacaq. Əbülfəz bəyin ruhu daima hörmətlə yad ediləcəkdir.
Bir daha Əbülfəz bəyin ailəsinə və yaxınlarına dərin hüzünlə başsağlığı veririr, Allahdan rəhmət eləsin deyirəm.

Etibar Məmmədov
AMİP Lideri,
Arzuxan Əlizadə
AMİP sədr əvəzi, AMİP baş katibi
AMİP Mərkəzi Şurası, AMİP Mərkəzi İntizam Komissiyası,












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.