Azərbaycan Kooperasiya Universiteti barədə də Təhsil Nazirliyi və digər qurumlar düşünməlidirlər....
18-01-2017, 21:29
Ekspertin fikrincə, Azərbaycanda bir neçə ali təhsil ocağı müasir tələblərə cavab vermir:
“Təfəkkür” universitetinin qapanması doğru addımdır. Nazirlik açıqlama verdi ki, “Təfəkkür” Universitetinin akkreditasiya müddəti 2016-cı ildə bitib və eyni zamanda həmin ali məktəbdən fəaliyyətinə xitam verilməsi barədə Təhsil Nazirliyinə müraciət olunub. Bu iki şərt daxilində universitetin qapanması doğrudur.
Əslində, “Təfəkkür” Universiteti haqqından cəmiyyətdə neqativ fikirlər çox idi. Bu ali məktəbdə təhsilin keyfiyyəti, imtahanlar zamanı yol verilən qüsurlar əsas yaradırdı ki, ali məktəb barəsində tədbirlər görülsün. Gec də olsa, düşünürəm ki, bu baş verdi”.
E.Əliyev hesab edir ki, “Təfəkkür” Universiteti tipli fəaliyyət göstərən ali məktəblər mövcuddur: “Məsələn, bəlkədə “Təfəkkür” Universitetindən daha çox neqativ halların baş verdiyi və cəmiyyətdə mənfi imicə malik olan Azərbaycan Kooperasiya Universiteti barədə də Təhsil Nazirliyi və digər qurumlar düşünməlidirlər.
Artıq ölkədə prezidentin irəli sürdüyü çox mühüm ideya ətrafında mütəxəssis hazırlığı həyata keçirilməlidir. Qara qızılın insan kapitalına çevrilməsi sürətlənməlidir.
Bu cür ali məktəblərisə bu tələbatı ödəyə bilmirlər. Yəni Kooperasiya Universiteti bu tip ali məktəblərdən biridir və əgər obyektivak kreditasiya həyata keçirilsə, həmin ali məktəbdə bağlanacaq”.
Ekspert tələbələrin köçürülməsi ilə bağlı yaranan suallara da aydınlıq gətirib: “Nazirlik bu cür məsələlərdə tələbələrin maraqlarını müdafiəedir. Bundan öncədə qapadılan universitetlərin tələbələrinin paylanmasında o prinsiplərə riayət olunmuşdu.
Konkret olaraq nazirlik açıqlamasında göstərib ki, tələbələrin daxil olduğu ballar nəzərə alınacaq.Bu, köçürülmə prosesində çox önəmli məsələdir.Yəni aşağı balla universitetə daxil olanlar yüksək bal toplamış tələbələrlə birgə təhsil ala bilməz.
Düşünürəm ki, tələbələrin köçürülməsində heç bir problem yaşanmayacaq. Digər bir mühüm məqam isə təhsil haqları ilə bağlıdır. Başqa universitetə köçürülən tələbələr şişirdilmiş təhsil haqları ödəməyəcək”.politika.az/
P.S teref.az olaraq Koperasiya Universitetində cərəyan edən neqatic hadisələr barədə geniş reportaj hazırlayırıq. Bizi izləyin!