“Adlar və soyadlar məsələsi Nazirlər Kabinetinin hansısa qərarı ilə tənzimlənə bilməz”- KOMİTƏ SƏDRİ

19-01-2017, 00:35           

“Adlar və soyadlar haqqında” yeni qanun layihəsi parlament müzakirələrinə çıxarıla bilər.
Gununsesi.info xəbər verir ki, bu barədə akademik, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov deyib.
Hələ bir neçə il öncə bu yöndə qanun layihəsini hazırladığını, onu Azərbaycanın ən tanınmış dilçiləri, ədəbiyyatçıları ilə müzakirə etdiyini xatırladan komitə sədri bildirib ki, belə bir sənədin qəbuluna artıq ciddi ehtiyac duyulur.
“O zaman bu qanun layihəsini hazırlayarkən dedilər ki, 1991-92-ci illərdən adlar və soyadlar məsələsi Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir. Amma şəxsən mən hesab edirəm ki, bu elə bir məsələdir ki, o adi bir qərarla tənzimlənə bilməz.
Bu baxımdan da, “Adlar və soyadlar haqqında” qanun layihəsini bir daha təkmilləşdirib, ilk öncə komitəmizin üzvlərinin, sonra isə parlamentin müzakirəsinə çıxarmağı nəzərdə tutururuq. Çox güman ki, yaz sessiyasının gedişində də bu sənədi müzakirələrə çıxara biləcəyik.
Cünki bir daha qeyd edirəm ki, artıq Azərbaycanımızın müstəqilliyinin 26-cı ilidir və bu baxımdan, adlar və soyadlarla bağlı məsələni tənzimləmək üçün yeni qanuna ehtiyac var”-deyə, komitə sədri sözlərinə əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru