Qaradağın icra başçısı sakinləri hədələdi

19-01-2017, 00:35           

Bu gün Bakının Qaradağ rayonunda sakinlər Bakı-Astara magistral yolunu bağlayaraq uzun tıxac yaranmasına səbəb olublar.

Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sakinlər yerüstü keçidin tikilməsini tələb ediblər:

“Üç gün öncə Səngəçal qəsəbəsi ərazisində 9 yaşlı oğlanı maşın vurub, piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Bu gün isə qəsəbə sakinləri həmin hadisə ilə bağlı toplaşıblar. Onlar ərazidə yerüstü piyada keçidinin tikilməsini tələb ediblər. Sakinlərin toplaşması bir müddət yol hərəkətinə mane olub. Hazırda isə avtomobillərin hərəkəti bərpa edilib”.

K.Əliyev bildirib ki, sakinlərin tələbi ilə bağlı müvafiq qurumlar ərazidə sakinlərl müzakirə aparıblar.

***

Qəsəbə sakinlərindən BakiPost.az-a verilən məlumata görə, məsələ ilə bağlı dəfələrlə Qaradağ rayon İcra Hakimiyyətinə müraciət edilib. Lakin heç bir nəticəsi olmayıb. Onların sözlərinə görə, icra başçısı Süleyman Mikayılov onları daha yuxarı orqanlara müraciət etdiklərinə görə hədələyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru