“Azərbaycan Dəmir Yolları”na tibb işçiləri vacib deyil - Cavid Qurbanov ixtisarlara başladı

19-01-2017, 11:03           
“Azərbaycan Dəmir Yolları”na tibb işçiləri vacib deyil - Cavid Qurbanov ixtisarlara başladı
“Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətinə və onun tabeliyində olan tibb müəssisələrinə 2017-ci ilin dövlət büdcəsinin vəsaitləri hesabına maliyyə yardımının dayandırılması ilə əlaqədar həmin xidmət və onun tabeliyində olan tibb müəssisələri yanvarın 1-dən təsərrüfat hesablı idarəetməyə keçiblər.

Dia.az-ın bizimyol.info-ya istinadən xəbərinə görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov orada çalışan böyük sayda işçi heyətinin maliyyələşdirilməsində çətinliklərin yarandığını bildirərək kadr potensialının optimallaşdırılması ilə bağlı əmr imzalayıb. Başqa sözlə, işçilərin ixtisar olunmasına qərar verib.

Əmək haqlarının büdcədən ayrılmaması və ixtisarların aparılması Nəsimi rayonunun Puşkin küçəsi 36 ünvanında yerləşən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Dövlət Dəmir Yolu Xəstəxanası işçilərinin narazılığına səbəb olub.

İxtisar olunan şəxslərə 2 aylıq müavinət veriləcək, işdə qalanlar isə özləri işləyib pul qazanmalı olacaqlar.

Rəhbərlik tərəfindən o da bildirilib ki, “Azərbaycan Dəmir Yolları”na tibb işçiləri vacib deyil. Qalan işçilər öz hesabına işləyir və işlədiyi idarənin icarə haqqını verməlidirlər.

Dövlət Dəmir Yolu Xəstəxanasının işçiləri aşağı məbləğdə əmək haqqı aldıqlarını bildirirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru