“Şirvanda icra başçısı abadlıq adı altında tamet biznesinə girişib” – ŞİKAYƏT
22-01-2017, 07:34
“Bu il dövlət büdcəsindən Şirvan şəhərinin abadlaşdırılmasına ayrılan 1,2 milyon manatın hara xərcləndiyini bilən yoxdur”
Redaksiyamıza Şirvan şəhərindən şikayət məktubu daxil olub.
Adının çəkilməsinin istəməyən kiçik sahibkar bildirir ki, icra başçısı Mərdan Camalov bir çox rayonlarda qarşılaşdığımız kimi Şirvan şəhərində də dükan sahiblərinin vəsaiti hesabına abadlıq işləri aparılır.
“Şirvanda icra başçısı abadlıq adı altında tamet biznesinə girişib. Küçələrə tamet döşəyirlər. Tametin pulunu kvadratı 11 manatdan hesablayıb məcburən dükan və obyekt sahiblərinə ödətdirirlər. Tamet satan şirkət də icra başçısına yaxın adamlarına məxsusdur. 2016-cı ildə dövlət büdcəsindən Şirvan şəhərinin abadlaşdırılması üçün 1,2 milyon manat pul ayrılıb. Bu pulun hara xərcləndiyini bilən yoxdur. İndi onsuz da iflas vəziyyətində olan kiçik sahibkarların hesabına abadlıq işləri adı altında pul qazanırlar”, – sahibkar bildirib. bastainfo.com
BakuNews.Az xəbər verir ki, Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov verdiyi qərarlarla kiçik sahibkarları bitirmək qərarına diyəsən gəlib. Dünyada dollar məzənəsinin oynaması isə Azərbaycan Respublikasındanda yan keçmədiyi aşikardır. İnfilasiya dönəmi yaşayan dünya dövlətlərinə baxdıqda Azərbaycan xalqı bu infilasiyanı cənab prezdentin sayəsində hiss etmədən keçirməyə çalışmaqdadırlar. Amma Prezdentin xalqına firavan həyat bəxş etməsinə görünür rayon başçılarının iradları var ki rəhbərliyin qərarlarına qarşı gəlməkdədirlər. Şəhər və rayonların abadlaşdırılmasına ayrılan pulların hesabına aparılacaq işlərin kiçik biznes yəni market və butiklərin məcburiyyət qarşısında qoyularaq yollara düzülən daşların pulunun ödənilməsi tələbləri artıq sahibkarların infilasiya etməsinə səbəb olmaqdadır. Bir sıra Sahibkarlar artıq rayonu tərk etmək qərarıda aldıqlarını vurğulayıblar. Şirvan şəhərində hörmətli prezdentimiz İlham əliyevin verdiyi qərarları dövlət qurumları sayğısızlıqla icra edir. Bu sayğısızlığa isə xalq dözməyərək etimad göstərdikləri Prezdentə müraciət edərək onların dərdinə çarə tapmasını istəyirlər.
Şikayətçi abadlıq işlərinin fotoşəkillərini də təqdim edib.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.