Novxanıda sakinlərlə yolçəkənlər üz-üzə gəldi... təzminat davası

23-01-2017, 17:15           
Novxanıda sakinlərlə yolçəkənlər üz-üzə gəldi... təzminat davası
Bakının Novxanı çimərliyinə gedən magistral yolun genişləndirilməsi vətəndaşlarla əlqədar dövlət qurumlarını üz-üzə qoyub.

Bu barədə Moderator.az-ı etibarl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, vətəndaşları narazı salan əsas məsələ genişləndirilən yola görə hər hansı kompensasiyanın verilməməsidir. Sakinlər hesab edir ki, yol həyətyanı sahələr hesabına genişləndirildiyi üçün bağ sahiblərinə kompensasiya verilməlidir.

Əlaqədar yetkililər isə iddia edir ki, genişləndirilən ərazi ilkin magistral xətt çəkilən zamandan yol üçün müəyyən edilən torpaqlar olsa da, sonradan vətəndaşlar tərəfindən özbaşına zəbt olunub. Bu səbəbdən də vətəndaşların kompensasiya tələb etməyə haqqı və hüquqi əsası yoxdur.

Mənbə bəzi hasarların əraziyə cəlb edilən ağır texnika tərəfindən uçurulduğunu vurğulasa da, vətəndaşların narazılığı səbəbi ilə aktiv söküntü prosesinin aparılmadığını bildirib.

Məlumat üçün qeyd edək ki, sözügedən ərazi yay mövsümündə uzunmüddətli tıxacların yarandığı magistral yollardan biridir və mütəxəssislər hesab edir ki, yolun genişləndirilməsi bu problemin həllinə əhəmiyyətli şəkildə yardım göstərə bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.