Nəriman Əliyevin “Ştutqart”-ında vergi yoxlamaları başladı - MTN-lə əlaqəsi olub...

24-01-2017, 10:17           
Nəriman Əliyevin “Ştutqart”-ında vergi yoxlamaları başladı - MTN-lə əlaqəsi olub...
“Ştutqart” mağazalar şəbəkəsi ilə bağlı yeni məlumatlar daxil olub. “Kivnews.com” “Deputat Nəriman Əliyevin adı 300 minlik qalmaqalda…” yazısı dərc ediləndən sonra vergi orqanları hərəkətə keçib.
Belə ki, mağazalar şəbəkəsində vergi yoxlamalarına start verilib. Bu isə şəbəkənin rəhbəri Masallıdan olan millət vəkili Nəriman Əliyevi və mağazalar şəbəkəsinə müdirlik edən Nəriman Əliyevin bacısı oğlu Əfqan Abdullayevi bərk narahat etməyə başlayıb.
Çünki “Ştutqart” mağazalar şəbəkəsinin fəaliyyəti ilə bağlı cəmiyyətdə birmənalı münasibat yoxdur. Hətta mətbuat orqanları da, bir çox hallarda bu mövzuya müraciət edirlər.

DİA.AZ xatırladır ki, Nəriman Əliyevin də adı zaman-zaman hazırda həbsdə olan MTN generalları olə qoşa çəkilib. Və bu gün onun hədəfə alınması da həmin əlaqələrin hesabının sorulması kimi də anlaşıla bilər.

Qarşı tərəfi də dinləyə bilərik.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru