Taleh Qaraşovla bağlı ilginc iddia - Belə deyirlər...

24-01-2017, 13:00           
Taleh Qaraşovla bağlı ilginc iddia - Belə deyirlər...
“21 ildir icra başçısı işləyir, yenə də deyir vəzifədən alınsam ürəyim yatar”.

Bunu Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov haqda həmin İH-də işləyən adının çəkilməyini istəməyən şəxs deyib: “Ötən il səhhətində problem yaranmışdı, ürəyindən şikayəti vardı. Onda demişdi ki, məni heç bir xəstəlik yıxa bilməz, amma vəzifəmdən olsam ölərəm. Bu adamın gözü vəzifədən doymur”.

T.Qaraşov 1996-2002-ci illərdə Kürdəmir, 2002-2006-cı illərdə Cəlilabad, 2006-2011-ci illərdə Neftçala, 2011-2012-ci illərdə Astara rayonlarının icra başçısı işləyib. 2012-ci ilin aprel ayından Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısıdır. 1959-cu ildə Kürdəmir rayonunda anadan olub. İxtisası inşaatçı-mühəndis və politoloqdur.

Onun haqqında ən çox söylənən həddən artıq böyük varidata səbəb olmasıdır. Hətta bəzi məlumatlara görə, başçının var-dövləti o həddədir ki, onun hər səfalı rayonda villası, imarəti var: “Çox böyük imarətlərindən biri də Lənkaran meşəliyində yerləşir. Lənkərana rəhbər gəldiyi gündən rayonda keçirilən bütün tenderləri oğluna həvalə edib milyonlara sahib olan icra başçısı əndazəsiz var-dövlət yığıb. Astara istiqamətində prezidentin iqamətgahına çox yaxın ərazidə də özünə villa tikdirib”.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
Nia.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.