Nazir "MTN işi"ndə adı hallanan məmuru işdən azad etdi - Belə deyirlər...

26-01-2017, 18:37           

Adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı böyük yeyinti işində hallandırılan daha bir məmur cəzalandırılıb. Bu barədə DİA.AZ-ın elektron poçtuna daxil olan məlumatda deyilir.

Xəbərə görə, Aztelekom MMC in Texniki Direktoru Zahir Vəliyev işdən azad olunub.

Dia.az xatırladır ki, Zahir Vəliyev qalmaqallı "Rabitə İşi"nin kilid isimlərindən biri kimi təqdim olunsa da, həbsdən yayınmağa müvəffəq olmuşdu. İndi isə aydın olur ki, Rabitə və Yüksək Texnologiya Nazirliyinin rəhbərliyi Zahir Vəliyevlə bundan sonra davam etmək istəməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru