Nəqliyyat Agentliyi qanunsuz xətt satdı: Sürücülərin davası düşdü-TƏCİLİ

27-01-2017, 10:04           
Nəqliyyat Agentliyi qanunsuz xətt satdı: Sürücülərin davası düşdü-TƏCİLİ
Bakıdan Sumqayıta qanunsuz marşrut xəttinin açılması böyük narazılığa səbəb olub.

Bakı şəhəri Azadlıq metrostansiyasından Corat qəsəbəsinə qədər sərnişindaşıma icazəsi olan 123 saylı avtobus marşrutunun Sumqayıt Nəqliyyat Departamenti ilə "sövdələşməsindən" sonra Sumqayıt şəhəri Şərq Bazarına qədər uzadılması qalmaqal yaradıb.

Sumqayıt-Bakı istiqamətində şəhərlərarası sərnişindaşıma ilə məşğul olan sürücülər və sahibkarkar Sumqayıt Nəqliyyat Departamentinin rəhbəri Seyfulla Əsədullayev haqqında ittiham səsləndirərək onun belə bir icazə vermə hüququ olmamasına baxmayaraq marşrut xəttini satdığını və bu qanunsuz fəaliyyətə davam edəcəyi təqdirdə daha böyük narazılıqların yaranacağını qeyd ediblər. Onlar axşam saatlarından etibarən departamentin önünə yığışaraq etirazlarını bildiriblər və bundan sonra işə Sumqayıt İcra Hakimiyyəti qarışıb.

Qeyd edək ki, 123 saylı marşrut xəttinin sahibkarı Qurban İsmayıloğludur.(qaynarinfo)

Qlobal.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru