Ən yüksək vergi olan ölkələr – SİYAHI
27-01-2017, 14:25
Dünya İqtisadi Forumunun təqdim etdiyi siyahıya istinadən dünyanın ən yüksək vergilərinə sahib 10 ölkəsini təqdim edirik.
Siyahı inflyasiya və rüşvətxorluq, həmçinin siyasi sistemdə sabitlik kimi məlumatlar əsasında hazırlanıb.
Fransa rəhbərliyinin vergi sistemini yenidən qurub və vergiləri azaltmasına baxmayaraq, ölkədə vergi çox yüksək olaraq qalır (62,7%).
Benində gəlir vergisi 15,9% təşkil edir, lakin bununla belə digər vergilər çox yüksəkdir (63,3%).
Qambiya dünyanın ən kasıb ölkələrindən biri hesab edilir. Yüksək vergi səviyyəsi (63,3%) istənilən növ bizneslə məşğul olmağı mümkünsüz edir.
Çad resurs və faydalı qazıntılar baxımından yoxsul ökədir və yalnızca kənd təsərrüfatının ümidinə qalıb. Çad yüksək vergilərə sahib olan çox kasıb ölkədir (63,5%).
Nikaraquada dövlət rüşvətxorluğu, həmçinin vergi səviyyəsi çox yüksəkdir (63,9%).
İtaliyada mövcud olan 64,8% vergi dərəcəsi ölkəni biznes üçün heç də əlverişli etmir.
Venesueala inflyasiya, cinayətkarlıq və rüşvətxorluq içərisində boğulur. Vergi faizi isə 65%-ə bərabərdir.
Çin maliyyə vəziyyətinin pisləşməsi ilə üzləşib. Büdcə kəsri 2 dəfə artıb. Vergi faizi isə 67,8%-dir.
Braziliya çox saylı siyasi sarsıntılar, həmçinin Olimpiadanı yaşamalı oldu. Nəticədə ölkənin vergi dərəcəsi 69,2%-ə bərabərdir.
Kolumbiya vergi dərəcəsini 69,7%-ə qədər azaldıb, lakin bununla belə, ölkənin göstəricisi dünyada ən yüksək göstəricilərdən biridir.
Mənbə: Banker.az