“Range Rover”lə sərxoş halda DYP-nin maşınını əzən kimdir?
27-01-2017, 16:29
Bakı şəhəri Xəzər rayonunda Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yol-patrul xidmətinin avtomaşını qəzaya uğrayıb.
teref.az SalamNews-a istinadən xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib. Belə ki, sürətlə hərəkət edən “Range Rover” markalı avtomobil arxadan yanacaq doldurmaq istəyən yol-patrul xidmətinin avtomobilinə çırpılıb.
Hadisə vaxtı xəsarət alan olmasa da, avtomaşınlara ciddi ziyan dəyib. Həmçinin “Range Rover” markalı avtomaşının sürücüsünün orta dərəcəli sərxoş olduğu da məlum olub.
Yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalara başlanılıb və avtomaşınlar cərimə meydançasına aparılıb.
Faktı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov təsdiqləyib.