“Gazprom”un gündəlik təbii qaz ixracırekord həcmə çatıb

28-01-2017, 20:25           

Rusiyanın enerji nəhəngi “Gazprom” şirkətinin xarici ölkələrə gündəlik təbii qaz ixracı yenidən maksimum həcmə çatıb.

Azərtac “Gazprom”a istinadla xəbər verir ki, şirkətin təbii qaz ixracı gündəlik 635 milyon kubmetrə çatıb. “Gazprom” tərəfindən yanvarın 26-da ixrac edilən 635 milyon kubmetr qaz şirkətin tarixində ən yüksək gündəlik ixrac göstəricisi olub.

Açıqlamada “Mavi axın”, “Şimal axını”, “Yamal-Avropa” boru kəmərlərinin tam gücü ilə işlədiyi və şirkət tərəfindən Avropaya təbii qaz ixracının bu il də artmaqda davam etdiyi bildirilir.

“Gazprom”un idarə heyətinin sədri Aleksey Miller ötən günlərdə açıqlamasında Avropanın keçənilki ümumi təbii qaz idxalının 34 faizinin şirkət tərəfindən təmin olunduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru