“Qafqaz Hotel”də iyrənc görüntü - Foto

30-01-2017, 18:22           

Azərbaycanda oteldə xoşagəlməz baş verib.

teref.az baku.ws-ə istinadən xəbər verir ki, Teymur Əhmədov adlı vətəndaş Qəbələdə “Qafqaz Riverside HOTEL”də gecələmək qərarına gəlib.

Əşyalarını nömrəsinə yerləşdirən şəxs hamam otağına keçəndə xoşagəlməz vəziyyətlə qarşılaşıb.

“Sifariş etdiyimiz nömrəyə daxil olanda gördük ki, pəncərələr açıqdır. Otağı 4-5 saat qızdırmalı olduq. Ancaq sonradan pis qoxu gəldiyini hiss elədim. Hamam otağına keçib gördüm ki, divarda nəsə var. Birinci elə başa düşdüm ki, ləkədir. Dəsmal götürüb ləkəni siləndə anladım ki, bu insan nəcisidir. Otelin menecerini çağırıb bu barədə məlumat verdim. Dedilər ki, pəncərəni məhz ona görə açıq qoymuşuq. Mənə pəncərəni bağlamağı və beləliklə otağın qızacağını bildirdilər. Daha sonra xadimə gəlib otağı təmizləməyə başladı. Soruşdum ki, otaqdan niyə belə pis iy gəlir? Mənə dedi ki, ərəblər otaqda siqaret çəkib. Dedim bəs bu nədir? Bu sualıma da eynilə “ərəblər edib” deyə cavab verdi. Bu cür vəziyyətlə qarşılaşdım və sonda məndən 94 AZN ödəniş tələb etdilər”.

“Qafqaz Hotel”də iyrənc görüntü - Foto

Vətəndaş tələb edilən ödənişi edib












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.