Ağcabədinin yuxarı Qiyamallı kənd sakini Allahverdi Əliyev cumhuriyyət.az-a şikayət məktubu göndərib.
Məktubda rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun qanunsuz əməllərinə etiraz bildirilir. “Bu ərazidə maldarlıqla, qoyunçuluqla məşğul olmuşuq. Ağcabədinin icra başçısı bizə təzyiq edir ki, şələ-şülənizi yığın, gedin. Biz buna görə dövlətimizdən, onun başçısından kömək istəyirik. Hazırda biz burada 1000 min baş qoyun və 100 yüz baş qara mal saxlayırıq. Bilmirik ki, bizi buralardan çıxardıqdan sonra bu heyvanları hara aparacağıq, necə yerləşdirəcəyik? Bizim bircə çıxış yolumuz qalır ki, bu heyvanları məhv edək”. Şikayətçinin sözlərinə görə, Ağcabədi rəhbərliyi Bakıya yalan məlumat verib: “Guya bu torpaqlar istifadəsizdir və burada cəmisi 7 min baş qoyun saxlanılır. Lakin hər il Kənd Təsərrüfatı Nazirliyinin baytarlıq idarəsindən bu ərazidə 250 min baş qoyunun vaksinasiyası aparılıb.