Vətəndaş etiraz olaraq jurnalistin qarşısında gözünü çıxartdı - ŞOK -Video
19-02-2017, 21:21

Vətəndaş etiraz olaraq jurnalistin qarşısında gözünü çıxartdı - ŞOK -Video
BakuPress Milli İnformasiya Agentliyinin əməkdaşları Xocalı soyqırımını unutmayaq devizi altında bölgələrdə məktəblilər və gənclər arasında sorğu keçirdilər.Sorğu zamanı qəribə hadisə hər birimizi heyrətləndirdi.Göygöl rayonunda məktəblilərdən sorğu götürdüyümüz vaxt vətəndaşlar bizə yaxınlaşıb etiraz etdilər.Onlar belə bir sorğudansa bizim vəziyyətimizi çəkib paylaşın.Göygöldə vəziyyət ağırdı camaat acından qırılır.Heç bir məmur bizim halımıza yanmaq bir yana heç qəbul edib dinləmir.Formal şeylər bizi bezdirib.Hətta etiraz edən vətəndaşlardan biri Qarabağ əlili olduğunu və bir gözdən əlil olduğunu qeyd edib qarşımızda kosmetik göz örtüyünü çıxardı olanlardan hər birimiz şokdaydıq.Həqiqətən vətəndaşı bu həddə çıxarmaq olmaz vallah olmaz .Görün insanları hansı həddə çatdırıblar onlar artıq heç mətbuatada inanmırlar.Videomateralı sizə təqdim edirik.Ürəyi zəif olanlar baxmasın.Bu barədə Göygöl rayon icra başçısı Arif Seyidovla əlaqə saxlasaqda bizə cavab verən olmadı. Qeyd edək ki, son zamanlar Göygöl rayonunun büdcə təşkilatlarında kütləvi korruspiya və rüşvət halları barədə hüquq-mühafizə və digər hökumət orqanlarına yüzlərlə şikayətlər edilir.Məsələ ilə bağlı araşdırmamız davam edir.