Gələn tədris ilində orta məktəblərin tətil günləri müəyyənləşib

24-06-2015, 22:15           
Gələn tədris ilində orta məktəblərin tətil günləri müəyyənləşib
Təhsil Nazirliyi 2015-2016-ci tədris ilində orta məktəb şagirdləri üçün nəzərdə tutulan tətillərin müddətlərini açıqlayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, yeni tədris ilində ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq.
Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr - 26 yanvar, ikinci yarımil 1 fevral - 14 iyun tarixlərini əhatə edir.
Dərs ili ərzində payız və qiş tətilləri olacaq. Payız tətili 5 gün (16-20 noyabr), qış tətili 5 gün (27-31 yanvar) olacaq. İbtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.