Gədəbəyin icra başçısı işdən çıxarılacaq - Samir Şərifovun adamı imiş

16-03-2017, 17:17           
Gədəbəyin icra başçısı işdən çıxarılacaq - Samir Şərifovun adamı imiş
Yaxın vaxtlarda Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov işdən azad olunacaq. Bu barədə DİA.AZ-a bilgili qaynaqlar informsiya verib.

Məlumatda deyilir ki, maliyyə naziri Samir Şərifova yaxın dairələr tərəfindən himayə olunan Ramiz Yediyarov "patronunun" mövqelərinin zəfiləməsi səsəbindən bu gün demək olar ki, müdafiəsiz qalıb.

Mənbənin dia.az-a söylədikləri: "Samir Şərifov hər zaman Yediyarova arxa durub. İndi isə situasiya tamam fərqlidir. Şərifov öz başının çarəsinə baxmaqdadır. Onun Yediyarovu qorumağa taqəti belə qalmayıb".

Qeyd edək ki, Yediyarovun işdən çıxarılması qərarının yaxın zamanlarda rəsmiləşəcyi xüsusi olaraq vurğulanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru