2016-cı ilin Yanvar-Fevral aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 2 milyard 625 milyon 946.68 min ABŞ dolları təşkil edib. Ticarət əməliyyatları keçən ilin müvafiq dövrünə nisbətən 20.09 % artmışdır.
Dövlət Gömrük Komitəsi xəbər verir ki, idxal əməliyyatları üzrə 971 milyon 970.54 min ABŞ dolları (keçən ilin müvafiq dövrünə nisbətən 0.44 % azalmışdır), ixrac əməliyyatları üzrə 1 milyard 653 milyon 976.14 min ABŞ dolları (Keçən ilin müvafiq dövrünə nisbətən 36.64 % artmışdır) əmliyyat qeydə alınıb. Saldo müsbət 682 milyon Dollar olub.
Fevralda ixrac 849 milyon 352.07 min dollar, idxal 521 milyon 920.06 min dollar, saldo (ticarət profisiti) isə 327 milyon 432 min dollar təşkil edib.