Bakıda Novruz şənliyi ilə əlaqədar bağlanacaq yollar – SİYAHI

18-03-2017, 10:04           
Bakıda Novruz şənliyi ilə əlaqədar bağlanacaq yollar – SİYAHI
Bakı yol polisi gücləndirilmiş iş rejiminə keçib.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, Novruz bayramı ərəfəsində paytaxtda təhlükəsizliyin təmin edilməsi ilə bağlı yol polisi gücləndirilmiş iş rejimində xidmətə başlayıb:

“Yol polisi Novruz tədbirlərinin keçirildiyi əraziləri nəzarətə götürüb və təhlükəsizliyi təmin etmək məqsədilə zəruri tədbirlər həyata keçirəcək”.

V.Əsədov bildirib ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi əhalinin, avtomobil sahiblərinin nəzərinə çatdırır ki, sabah keçirilən bayram tədbirləri ilə əlaqədar Qoşa Qala qapısı – Gənclər meydanı istiqamətində, eləcə də İçərişəhər, Qız Qalası və Qız Qalası ətrafı, həmçinin Dənizkənarı Milli Park, yəni Neftçilər prospekti istiqamətində avtomobillərin hərəkətinə təhlükəsizliyin təmin edilməsi məqsədilə, tədbirlər tam başa çatana qədər məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru