Ucar rayon sakini Mehriban xanıma müraciət etdi- Şikayət

20-03-2017, 22:35           

teref.az-nun poçtuna gələn bu şikayət m\ktubu isə sizi tanış edirik:
Bu gün baharın gəlişini novruz bayramını Azərbaycan xalqı qeyd edir. Ancaq bizim ailəmiz bayram etmir matəm içindəyik.Çünki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 4 aydır bizə qanunu qaydada təyin edilmiş sosial yardımı vermir.7 nəfərdən ibarət ailəmiz yoxsulluq həddində yaşadığına görə ünvanlı sosial yardım almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "VEMTAS" sisteminə sənəd təqdim etdik. 2016-cı ilin iyul ayı tarixində bizim ailəyə ünvanlı sosial yardım təyin edildi və həmin ilin noyabr ayına kimi yardım aldıq.Bundan sonra düz 4 aydır 2016-cı ilin dekabr 2017-ci ilin yanvar, fevral və mart aylarının sosial yardımlarını heç bir əsas olmadan vermirlər. Həyat yoldaşım və qızım 1-ci qrup əlildirlər.Ailəmizdə iki azyaşlı 3 və 1 yaşları olan nəvəm var.Əziz novruz bayramını biz yoxsulluğa görə edə bilmirik.Nəinki bayram edə bilmirik hətda aclıqdan ölmək təhlükəsi ilə üz-üzə qalmışıq. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın köməkliyi ilə Bakıda Neftçilər xəstəxanada böyrək xəstəliyindən əziyyət çəkən qızım Zeynəbə mənim böyrəyim köçürüldü.İndidə mətbuat vasitəsi ilə həm Mehriban xanımın bayramını təbrik edirəm həm də ondan çox-çox xahiş edirik bizim ailənin yoxsulluq həddindəndə aşağı həddə yaşamasını nəzərə alıb 4 aydır verilməyən sosial yardımın verilməsinə köməklik edəsiniz.
teref.az
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.