Bu, Şeyx Nizamiyə heç yaraşmadı... - Nazirlik isə "xəbərimiz yoxdur" deyir...

28-03-2017, 13:00           
Bu, Şeyx Nizamiyə heç yaraşmadı... - Nazirlik isə "xəbərimiz yoxdur" deyir...
Rusiyanın Dağıstan respublikasının Dərbənd şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan park və onun abidəsi bərbad vəziyyətdədir.

Missiya.az xəbər verir ki, abidənin vəziyyəti ilə bağlı görüntülə sosial şəbəkədə yayılıb.

Heykəlin və parkın ətrafı antisanitar vəziyyətdədir.

Ümid edirik ki, müvafiq qurumlar Azərbaycanın dahi şairinin adını daşıyan parkın vəziyyətinə biganə qalmayacaq.

Mədəniyyət və Turizim Nazirliyinin sektor müdiri İntiqam Hümbətov Kult.az-a məsələdən xəbərdar olmadıqlarını bildirib:

“Bu haqda məlumatımız yoxdur. Mədəniyyət və Turizm Nazirliyinin Rusiyanın Dağıstan respublikasında nümayəndəliyi yoxdur. Amma mən yenə də məsələ ilə tanış olacağam”.
[media=https://www.youtube.com/watch?v=R2U00VCoHrY]
Dia.az xatırladır ki, əslində bu məsələ yerli KİV-də, eləcə də DİA.AZ saytında yetərincə işıqlandırılıb. Amma nədənsə əlaqədar qurumlar - başda Mədəniyyət və Turizm Nazirliyi olmaq şərtilə bu biabırçılığa heç bir zaman reaksiya verməyib. Bi dəfə isə nazirlik edilən müraciətə "xəbərimiz yoxdur" deməklə, əslində, yalan danışmış olub.

Mövzu diqqətimizdədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru