Bakıda şadlıq evi satışa çıxarıldı - 12 milyona

28-03-2017, 13:02           
Bakıda şadlıq evi satışa çıxarıldı - 12 milyona
Azərbaycanda 12 milyon manat dəyərində şadlıq evi satışa çıxarılıb.

Son vaxtlar şadlıq evlərinin satışa çıxarılması, sənət adamları arasında toyların olmaması ilə bağlı söhbətlər gəzir.

Əmlak üzrə ekspert Ramil Osmanlı AzNews.az-a açıqlamasında bildirib ki, xərclərin azaldılması kömək etmədikdə ən yekun variant həmin əmlakın satışa çıxarılmasıdır:

“Əmlak gəlir gətirmirsə, onun uzun müddət saxlanılması bir tərəfdən həmin əmlakın dəyərinə mənfi təsir göstərir, digər tərəfdən isə sahibkara əlavə xərclər yaradır. Məsələn, şadlıq evinin ilk vaxtlar dəyəri 5 milyon manatdırsa, artıq işləmədiyi vaxtlarda onun dəyəri 30-40% azalır. Digər tərəfdən sahibkar orada müəyyən işçi qüvvəsi saxlayır, kommunal xərclər ödəyir. Bu da sahibkara əlavə yükdür. Optimallaşdırmada yeganə çıxış yolu işləməyən obyektin realizə olunması, yəni satışa çıxarılmasıdır. Bu da təbii prosesdir.”

Ramil Osmanlı şadlıq evinə 12 milyon manat məbləğində dəyər qoyulmasına da münasibət bildirib:

“Həmin əmlaka tikilən zaman müəyyən xərc çəkilib. Sahibkar heç bir halda onu çəkdiyi xərcdən aşağı qiymətə satmayacaq. Hətta ilkin mərhələdə 15% xərclərin üstünə gəlinir və bundan sonra obyekt bazara çıxarılır. Ola bilər ki, bu obyekt 20 milyona satışıa çıxarılıb. Qiymət o vaxt real dəyər hesab olunur ki, alıcı ilə razılaşdırılsın. 12 milyon isə hələlik onun təklif qiymətidir. Təklif olunan dəyər heç bir vaxt real dəyər anlayışı daşımır.”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru