“Yoxlama” dönər satan dönərxanalarda - VİDEO

28-03-2017, 14:40           

ATV-də yayımlanan “Yoxlama” verilişi Bakıda 1 manatlıq dönərlərin satıldığı məkanlara baş çəkib
Baku.ws xəbər verir ki, sözügedən məkanlardakı natəmizlik və antisanitariya şəraiti kadrlarda açıq-aşkar görünür.

Belə ki, məkanların çoxusunda hazırlanan dönərlərin ətlərinin mənşəyi və hansı şəraitdə hazırlandığı da sual doğurur. Bundan başqa aparıcı vurğulayıb ki, toyuq ətindən dönər hazırlanmasına qadağa qoyulsa da hazırda bu qadağaya əhəmiyyət verilmir və bu cür dönərlərin satışı davam etdirilir. Yoxlamalar zamanı məlum olub ki, paytaxtda hazırlanan dönərlərin 85 faizi standartlara cavab vermir. Bakıdakı dönərxanaların əksəriyyəti aldıqları ətləri müəyyən edilmiş şirkətlərdən almır. Bundan başqa dönərxanalarda işləyən işçilərin tibbi yoxlanışı aparılmır.

Aparıcı Azər Zahidin sözlərinə görə tonlarla at, eşşək əti Bakıya gətirilərkən aşkar edilir lakin hara gətirildiyi açıqlanmır. Ölkədə leşyığanlar şəbəkəsi mövcuddur ki, həmin ətləri də bu şəbəkə alır. Həmin şəbəkələrin də dönərxanalara ət verib vermədiyi də məlum deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru